
Kurtua “Real”ın rekordunu yenilədi
“Real” İspaniya La Liqasının 34-cü turunda “Alaves”ə 2:0 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, “kral klubu”nun qapıçısı Tibo Kurtua bu oyunda da qapısını toxunulmaz saxlamağı bacarıb. Belçikalı qolkiper, bununla da, klub tarixinin rekordunu yeniləyib. Ardıcıl 5 oyunda qol buraxmayan Kurtua, cari mövsümdə ümumilikdə 18 matçdır ki, qapısında top görmür. Bu nəticə ilə o, 1987/88-ci il mövsümündə 18 oyunda qol buraxmayan Fransisko Buyonun 18 matçlıq rekordunu yeniləyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin