Kurtua: “Düşünürəm ki, yaxşıyam”
“Real”ın qapıçısı Tibo Kurtua ötən mövsüm aldığı bir neçə zədədən sonra sağalma dövründən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu yaxşı olduğunu düşündüyünü bildirib:
“Düşünürəm ki, yaxşıyam, zədədən sonra öz səviyyəmə qayıtmaq üçün daim çalışıram. Həmişə müsbət əhval-ruhiyyədə olmalısan, o zaman formaya düşə biləcəksən”.
Kurtua müxtəlif zədələr səbəbindən ötən mövsümün demək olar ki, tamamını buraxmışdı.
32 yaşlı qolkiper 2018-ci ilin yayından Madrid klubunun oyunçusudur. O, ümumilikdə “Real”ın heyətində 235 oyun keçirib, 96 matçda qapısını toxunulmaz saxlaya bilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin