
Kurtua “el klasiko”da iştirak edəcək?
“Real”ın qapıçısı Tibo Kurtua La Liqanın “Xetafe” ilə matçında (1:0) zədələnib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu zədəni oyunun sonlarında, komandanın əvəzedici oyunçusu olmadığı vaxt alıb. Lakin o, ciddi zədədən xilas olub. Madrid klubunun baş məşqçisi Xabi Alonsonun oktyabrın 26-da “Barselona” ilə keçiriləcək növbəti liqa matçı üçün Kurtuaya güvənə biləcəyi bildirilib.
“Real” “el klasiko”dan əvvəl, oktyabrın 22-də Çempionlar Liqasında “Yuventus”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



