Kurtua da şikayətləndi
“Real”ın qapıçısı Tibo Kurtua təqvimin sıxlığından şikayətlənib.
Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, 32 yaşlı belçikalı qokiper mövsümlərarası fasiləyə daha çox diqqət yetirildiyini bildirib:
“Futbolçuların tətili? Çətindir. Amma bunun matçların sayına görə olduğunu düşünmürəm. Mövsümlərarası fasiləyə daha çox diqqət yetirilir. Avropa çempionatı və Amerika kubokunda uzun müddət oynayanlar üç həftə istirahət edirdilər. Bu, çox azdır. NBA-nın (Beynəlxalq Basketbol Assosiasiyası) dörd aylıq istirahət müddəti var”.
Kurtua İspaniya çempionatının cari mövsümündə 5 oyun keçirib, 2 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin