Azarkeşlərdən üzr istədi

Belçika yığmasının qapıçısı Tibo Kurtua sosial şəbəkə hesabında paylaşım edib.

Komanda.az xəbər verir ki, o, DÇ-2022-də Belçika millisinin uğursuz çıxışına görə azarkeşlərdən üzr istəyib. Qapıçı bu hissi aradan qaldırmaq üçün zamana ehtiyac duyduğunu bildirib:

“Dünya çempionatı ilə erkən sağollaşmaq və bu hissi aradan qaldırmaq üçün zamana ehtiyac olacaq. Komanda yoldaşlarıma və baş məşqçi Roberto Martinesə təşəkkür etmək istəyirəm”.

Kurtua yenidən uğurlu çıxış etmək üçün cəhd edəcəklərini vurğulayıb:

“Hər zaman bizimlə olan azarkeşlərimizdən üzr istəyirəm. Biz sizə söz veririk ki, yenidən uğurlu çıxış etmək üçün cəhd edəcəyik. Dəstəyinizə görə təşəkkür edirəm!”

Belçika DÇ-2022-nin qrup mərhələsinin üç turunda 4 xal toplayaraq, üçüncü yeri tutub. Onlar 21-ci əsrdə ilk dəfə olaraq Avropa və dünya çempionatlarında qrup mərhələsindən çıxa bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button