Kurtua “Mançester Yunayted”ə niyə keçməyib?

“Real”ın qapıçısı Tibo Kurtua karyerasının əvvəlində azarkeşi olduğu “Mançester Yunayted”ə niyə keçmədiyini açıqlayıb.

Komanda.az “Metro”-ya istinadən xəbər verir ki, belçikalı qolkiper o vaxt “Mançester Yunayted”in böyük fanatı olduğunu bildirib:

“Mən “Mançester Yunayted”ə keçmədim, çünki klub David de Xeanı transfer etdi. Bu, mənim yolumu dəyişdi. O vaxt mən “Mançester Yunayted”in böyük fanatı idim, amma başqa variantlarım da çox idi. “Çelsi” mənə görə daha uzunmüddətli bir layihə idi və sonra mənim üçün “Atletiko”ya keçmək fürsəti yarandı”.

32 yaşlı futbolçu 2018-ci ilin avqustundan “kral klubu”nda çıxış edir. Onun “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button