Kurtua komanda yoldaşını tənqid etdi

“Real”ın qapıçısı Tibo Kurtua Klublararası dünya çempionatında “Paçuka” ilə oyundan (3:1) sonra komandanın müdafiəçisi Raul Asensionu tənqid edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səhvlərdən qaçmağın gərək olduğunu bildirib:

“On nəfərlə oynamaq asan deyil, onlar bir neçə dəfə arxamızca qaçdılar. Bəli, qovulmanı ağır hesab etmək olar, amma bu, ikinci matçdır və eyni səhvdir. Bir az da ağıllı olub, belə səhvlərdən qaçmaq lazımdır. Asensio özü də bunu başa düşür. Heç bir problem yoxdur, biz onun üçün mübarizə aparacağıq”.

İspaniyalı futbolçu matçın 7-ci dəqiqəsində birbaşa qırmızı vərəqə alıb. Madrid klubunun “Əl-Hilal”la oyununda (1:1) isə Asensio öz qapısına penaltiyə səbəb olub.

“Real”ın iki turdan sonra 4 xalı var və H qrupunda birinci yerdədir. Komanda növbəti oyununu iyunun 27-də “Zalsburq”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button