
Kurtua komanda yoldaşını müdafiə etdi
“Real”ın qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqası matçı zamanı “Liverpul” azarkeşlərinin komanda yoldaşı Trent Aleksander-Arnolda mənfi reaksiyasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiper bunu deyib:
“Aleksander-Arnold “Liverpul”u əzəli rəqibi “Mançester Yunayted” üçün tərk etməyib. O, “Real”da oynayır. İstərdim ki, azarkeşlər ona hörmət etsinlər və klub üçün etdiyi hər şeyə görə ona təşəkkür etsinlər”.
Aleksander-Arnold “Liverpul” akademiyasının yetirməsidir. O, 2025-ci ilin yayında “Real”a keçib. 27 yaşlı müdafiəçi Madrid klubuyla 6 illik müqavilə imzalayıb.
“Real” səfər oyununda “Liverpul”a 0:1 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



