
Kurtua AÇ-2024-də olmayacaq
“Real”ın belçikalı qapıçısı Tibo Kurtua 2024-cü ildə keçiriləcək Avropa çempionatına getməyəcəyini klubuna bildirib.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, belçikalı qolkiper avqustda aldığı ağır diz zədəsindən sonra hazırda reabilitasiya ilə məşğuldur. O, 2024-cü ilin may ayına qədər oynaya bilməyəcək.
Belçika millisi AÇ-2024-də E qrupunda Slovakiya, Rumıniya və Millətlər Liqasının pley-off mərhələsinin B yolunun qalibi ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin