Kurdiçin cəzası açıqlandı
İntizam Komitəsinin növbəti iclası keçirilib.
Komanda.az xəbər verir ki, iclasda Premyer Liqanın 27-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Araz-Naxçıvan” – “Qəbələ” oyununun 59-cu dəqiqəsində “Araz-Naxçıvan” klubunun 27 nömrəli futbolçusu Numan Kurdiç rəqibi aşkar qol imkanından məhrum etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilib.
“Turan Tovuz” – “Qarabağ” oyunu bitdikdən sonra tunel, texniki zona və miks zonaya “A buraxılışı” vəsiqəsi olmayan şəxslər buraxıldığına görə “Turan Tovuz” klubu 500 manat cərimə edilib.
“Turan Tovuz” – “Qarabağ” oyununun 6-cı dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilib.
“Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilib.
Bizi Facebook-da izləyin