Kurban Berdıyev “Turan Tovuz”da – RƏSMİ

Türkmənistanlı mütəxəssis Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub.

Komanda.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla 2+1 illik müqavilə bağlanıb.

Daha çox Rusiya təmsilçisi “Rubin”dəki uğurları ilə tanınan Kurban Berdıyev Qazaxıstanda “Kayrat”, “Taraz”, Türkiyədə “Gənclərbirliyi”, Türkmənistanda “Nisa” və əsas milli komanda, İranda “Traktor”, Rusiyada “Rostov”, “Soçi”, “Dinamo” (Mahaçqala) komandalarına rəhbərlik edib.

PRO kateqoriyalı mütəxəssis “Rubin”lə 2 dəfə Rusiya çempionu olmaqla yanaşı, 2 dəfə Rusiya superkuboku, 1 dəfə isə ölkə kubokuna sahib olub. O, 2020/2021 mövsümündə “Kayrat”la Qazaxıstan kubokunu başı üzərinə qaldırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button