Kurban Berdıyev Təbriz klubundan ayrıldı – Rəsmi

Təbrizin “Traktor” klubu baş məşqçi Kurban Berdıyevlə vidalaşıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, türkmənəsilli rusiyalı baş məşqçi öz istəyilə vəzifəsindən ayrılıb.

O, ölkəsinin “Soçi” komandasının “sükanı arxasına” keçəcəyi üçün bu addımı atıb:

“Traktor”dan ayrılmağım Rusiya futbolunun ehtiyacları və mənim mənəvi borcumla bağlıdır. Ölkəyə qayıtmalıyam. Mənə “Traktor”un layihəsində iştirak etməyi təklif edən rəhbərliyə minnətdaram. Onlar burada çalışdığım müddətdə mənə dəstək olmaqla yanaşı, bütün lazımi şəraiti yaratdılar. Ümid edirəm ki, Direktorlar Şurası və klub rəhbərliyi vəziyyəti başa düşəcək”.

Berdiyev cari ilin iyununda Təbriz təmsilçisinin baş məşqçisi təyin olunub. O, 2001-2013 və 2017-2019-cu illərdə Rusiyanın “Rubin” komandasını çalışdırıb. Baş məşqçi 2014-2017-ci illərdə “Rostov”da da fəaliyyət göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button