“Kurban Berdıyev “Spartak” üçün ideal namizəddir” – Sabiq futbolçu

Rusiya millisinin sabiq futbolçusu Vladimir Qranat “Turan-Tovuz”un çalışdırıcısı Kurban Berdıyevi “Spartak”ın baş məşqçi postuna namizəd kimi təklif edib.

Komanda.az xəbər verir ki, Rusiya mətbuatına danışan sabiq futbolçu, Tovuz klubunun baş məşqçisi haqda bunları deyib:

“Kurban Berdıyev “Spartak” üçün ideal namizəddir. Bu cür məşqçinin Rusiya Premyer Liqasına qayıtması maraqlı olardı. Onun üçün kollektiv önəmlidir və buna görə də, onun gəlişindən “Spartak” yalnız faydalana bilərdi”.

Qranat “Dinamo” (Moskva), “Spartak” (Moskva), “Rostov”, “Rubin” klublarında forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button