
Berdıyev Rusiya klubunun baş məşqçi postuna namizəd göstərildi
Sergey Taşuev “Axmat”ın baş məşqçisi vəzifəsini tərk edib. O, komandanın Premyer Liqaya vəsiqə uğrunda ilk pley-off matçında “Ural”a məğlubiyyətindən (1:2) sonra istefa qərarı verib. Fyodor Şerbaçenko “Axmat”ı “Ural”la cavab oyununa hazırlayacaq, daha sonra kluba yeni baş məşqçi gələcək.
Komanda.az “Insides from Karp” teleqram kanalına istinadən xəbər verir ki, bu siyahıda olan məşqçilərdən biri “Axmat”a rəhbərlik edə bilər: Aleksandr Storojuk, Kurban Berdıyev, İqor Osinkin, Vladimir Fedotov.
“Axmat”la “Ural” arasında pley-offun cavab matçı mayın 31-də keçiriləcək.
Kurban Berdıyev hazırda Azərbaycan Premyer Liqasında mövsümü 4-cü yerdə başa vuran “Turan Tovuz”un baş məşqçisidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin