Kurban Berdıyev: “Növbəti mövsüm komandada qalacam”

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ı qəbul edib.

Komanda.az xəbər verir ki, 1:2 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı hər oyunda kobud səhvlər buraxdıqlarını bildirib:

“Təəssüf ki, biz hər oyunda kobud səhvlər buraxırıq. Bu da sonda məğlub olmağımıza gətirib çıxarır. Çətindir mənə demək. Göstəririk, başa salırıq, yenə meydana çıxırlar və eyni səhvləri edirlər. Səhvləri seleksiya işi ilə əlaqələndirməzdim. Ümumi problemlərdir. Mən indi deməyəcəm bu nə ilə bağlıdır. Məsuliyyəti öz üzərimdən atmıram.

Təəssüflər olsun, Anton Kraçıkovski mənim Mahaçqalada olduğum dövrdəki oyunu indi oynamır və bərpa edə bilmir.

Növbəti mövsüm komandada qalacam. Vəzifəmiz olduğu kimi qalır, sadəcə belə üzücü məğlubiyyətlər olur. Bunun səbəbləri də kobud səhvlərdir. Dediyim kimi, başa salırıq, amma yenə eyni səhvləri edirlər.

Razıyam. Avrokuboklara iddia edən komanda belə üzücü məğlubiyyətlərlə üzləşməməlidir. Xüsusən də, evdə”.

“Turan Tovuz” növbəti turda evdə “Qarabağ”la qarşılaşcaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button