“Kurban Berdıyev bir nömrədir”

“Rubin”in keçmiş hücumçusu Hasan Kabze sabiq çalışdırıcısı Kurban Berdıyev barədə ürək sözlərini bölüşüb. Onlar 2007–2010-cu illərdə birgə çalışıblar.

Komanda.az Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Berdıyevdən çox şey öyrəndiyini bildirib:

“Berdıyevdən çox şey öyrəndim. Şəxsi baxımdan o, ən yaxşı məşqçidir. Karyeramda bir çox yaxşı mütəxəssis olub, amma Kurban bir nömrədir”.

Türkiyəli sabiq futbolçu “Rubin”də olduğu müddətdə iki dəfə Rusiya çempionu olub. Həmçinin, o, “Qalatasaray”, “Monpelye” və Türkiyənin bir sıra digər klublarında da çıxış edib.

Kurban Berdıyev hazırda “Turan Tovuz”a rəhbərlik edir. Onun komandası 6 turdan sonra 12 xalla Azərbaycan Premyer Liqasının turnir cədvəlində liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button