Kurban Berdıyev “Kayrat”dan ayrıldı

Qazaxıstanın “Kayrat” klubu baş məşqçi Kurban Berdıyevlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda türkmənistanlı məşqçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib.

Berdıyev 2021-ci ilin yayından “Kayrat”ı çalışdırırdı. Komanda onun rəhbərliyi altında 32 oyunda 14 qələbə qazanıb, 8 dəfə heç-heçə edib, 10 dəfə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button