
Kurban Berdıyev: “Çətin və əzmkar qələbə qazandıq”
“Turan Tuvuz” bu gün Azərbaycan Premyer Liqasının 23-cü turunda “Araz-Naxçıvan”ı qəbul edib.
Komanda.az xəbər verir ki, 1:0 hesabı ilə qalib gələn bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı çətin və əzmkar qələbə qazandıqlarını bildirib:
“Oyun barədə danışsaq, ilk hissədə futbolçularımın məsuliyyətindən “yandığını” deyə bilərəm. Çətin və əzmkar qələbə qazandıq, oyunçularımı təbrik edirəm.
Komandanın əsas futbolçuları sıradan çıxdıqdan sonra yeni gələnlərin uyğunlaşması üçün vaxt lazımdır. Bu, həmişə belə olur. Bəli, müəyyən dəyişikliklər olur, yenə də dediyim kimi, vaxt lazımdır.
Kristian da Silva yaxşı vəziyyətdədir, ehtiyatda qalması limitlə bağlı idi. Planlaşdırırdıq ki, Rüfət Abbasovu ikinci hissədə oynadaq. Ona görə də, ilk hissədə İsmayılı meydana buraxdıq və ondan aktivlik gözləyirdik. Ancaq o, yetərincə bunun öhdəsindən gələ bilmədi.
Hakimliklə bağlı fikir bildirmək istəmirəm”.
“Turan Tovuz” növbəti turda səfərdə “Şamaxı”nın qonağı olacaq.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin