Berdıyev: “2:5 hesablı məğlubiyyəti yadımızda saxlamışdıq”

“Turan Tovuz” bu gün Azərbaycan Premyer Liqasının cari mövsümünün son turunda “Kəpəz”i qəbul edib.

Komanda.az xəbər verir ki, qərb derbisində 4:0 hesabı ilə qalib gələn Tovuz komandasının baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib. Türkmənistanlı çalışdırıcı nəticədən məmnun olduqlarını bildirib:

“Oyundan məmnunluq var. Son oyunda azarkeşləri sevindirə bildik. Dediyim kimi, məmnunuq, amma daha yaxşı oynaya bilərik.

Biz 2:5 hesablı məğlubiyyəti yadımızda saxlamışdıq. Amma oyundan qabaq belə böyükhesablı qələbə gözləmirdik.

“Turan Tovuz”dan milliyə oyunçu çağırılmaması ilə bağlı mən burda heç nə deyə bilmərəm. Bu, millinin baş məşqçisinin qərarıdır”.

“Turan Tovuz” 2024/25 mövsümünü 55 xalla turnir cədvəlinin 4-cü pilləsində başa vurub.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button