“Kür” vahid liderliyə yüksəldi
Həndbol üzrə Azərbaycan çempionatında 3-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, kişilərin yarışında “İdman Akademiyası” – “Azəryol” görüşü ikincilərin 45:36 hesablı qələbəsi ilə yekunlaşıb.
“Bakı” autsayder “Dinamo” önündə büdrəməyib – 46:21.
Şərikli iderlər “Kür” və “Qarabağ” komandaları bu turda üz-üzə gəliblər. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan mərkəzi matçda 27:20 hesabı ilə qələbə qazanan “Kür” vahid liderliyə yüksəlib.
Qadınların mübarizəsində də “Kür” turu qalibiyyətlə başa vurub. Mingəçevirdə “Bakı”nı qəbul edən komanda rəqibə heç bir şans verməyib – 48:8. Digər qarşılaşmada isə “Azəryol” “İdman Akademiyası”nı 41:21 hesabı ilə məğlubiyyətə uğradıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin