
“Kür” cavab oyununda da Macarıstan klubuna uduzdu
Bu gün Azərbaycan təmsilçisi “Kür” kişilər arasında Avropa Həndbol Kubokunun ikinci təsnifat mərhələsində cavab oyununu keçirib.
Komanda.az xəbər verir ki, paytaxt klubu öz meydanında Macarıstanın “Balatonfyured” komandasını qəbul edib.
Qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb – 20:39 (11:20).
Xatırladaq ki, Macarıstanda keçirilən ilk oyunda da “Kür” məğlub olub – 19:42.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



