
“Kür-Araz” oyuna getmədi, PFL açıqlama yaydı
İkinci Liqada 14-cü turun “Şahdağ Qusar” – “Kür-Araz” qarşılaşması baş tutmayacaq.
Komanda.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Buna səbəb “Kür-Araz” komandasının təyin edilmiş vaxtda stadiona gəlməməsidir. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək.
Meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olublar və stadion qarşılaşma üçün tam hazır vəziyyətə gətirilib. Görüş saat 14:00-da start götürməli idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin