
“Ümid edirəm ki, Amorim bütün dünyanı fəth edəcək”
“Vulverhempton”un futbolçusu Mateus Kunya “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimə münasibəti haqda sualı cavablandırıb.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, braziliyalı hücumçu, portuqaliyalı mütəxəssisə hörmət etdiyini bildirib və ona uğurlar arzulayıb:
“O, gözəl məşqçidir və ona səmimi qəlbdən uğurlar arzulayıram! Ümid edirəm ki, o, Portuqaliyanı fəth etdiyi kimi bütün dünyanı da fəth edəcək”.
Kunya 2023-cü ildən “Vulverhempton”da çıxış edir. O, 2024/25 mövsümündə 36 oyuna çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.
Kunyanın “Mançester Yunayted”ə keçəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin