
“Aston Villa” “Barselona”nın futbolçusu ilə maraqlanır
“Barselona”nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə çempionatında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun xidmətində “Aston Villa” maraqlıdır. Kundenin İngiltərə klubuna transferinin məbləği 55-60 milyon avro ola bilər.
Müdafiəçinin 2027-ci ilin iyun ayının sonuna qədər Kataloniya klubu ilə müqaviləsi var.
25 yaşlı futbolçu İspaniya çempionatının bu mövsümündə 29 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin