
“Barselona”nın futbolçusu komanda yoldaşlarından şikayətləndi
“Barselona”nın müdafiəçisi Jül Kunde gənc komanda yoldaşları haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu bunu deyib:
“Paltardəyişmə otağında gənc futbolçularımız özlərini uşaq kimi aparırlar. O qədər səs-küy salırlar ki, başım ağrımağa başlayır”.
Kataloniya klubunun heyətində çoxlu gənc oyunçular var və onlar komandanın uğurunda böyük rol oynayır.
Kunde bu yaxınlarda “Barselona” ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə imzalayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



