Neymar künc zərbəsindən qol vurdu, paylaşım etdi

“Santos”un hücumçusu Neymar Braziliya klubuna qayıtdıqdan sonra ilk qolunu vuraraq, sosial şəbəkədə paylaşım edib.

Komanda.az xəbər verir ki, braziliyalı forvard paylaşımında ən böyük sevincinin futbol oynamaq olduğunu bildirib:

“Mənim ən böyük sevincim futbol oynamaqdır”.

33 yaşlı futbolçu Braziliya çempionatının 12-ci turunda, “İnter Limeyra” ilə matçın 27-ci dəqiqəsində qol vurub. O, küncdən birbaşa zərbə ilə fərqlənib. Matç Neymarın da iki məhsuldar ötürməsi ilə “Santos”un 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Neymar peşəkar futbolçu karyerası ərzində “Santos”, “Barselona”, PSJ və “Əl-Hilal” klublarında çıxış edib. O, Braziliya millisində 128 oyun keçirib və 79 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button