Kumanın yeni iş yeri məlum oldu
Son olaraq “Fənərbaxça”nı çalışdıran Ervin Kumanın yeni iş yeri bəlli olub.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, holland mütəxəssis Oman milli komandasının “sükanı arxasına” gətiriləcək.
Oman Futbol Federasiyası da Kumanla görüşdüklərini, yaxın günlərdə razılıq əldə olunacağı təqdirdə, yığmanı Kumanın çalışdıracağını açıqlayıb.
57 yaşlı mütəxəssis “Fənərbaxça”nın “sükanı arxasında” 9 oyuna çıxıb. O, bu oyunlarda üç dəfə qələbə qazanıb, üç dəfə də məğlub olub.
Kuman ötən ilin dekabrından işsizdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin