Kumandan Suares və Koutinyo ilə bağlı açıqlama
“Barselona”nın baş məşqçisi Ronald Kuman komandadakı gələcəyi müzakirə edilən Luis Suares və “Bavariya”dan icarədən qayıdan Filippe Koutinyo ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, uruqvaylı futbolçunun klubda qalıb-qalmayacağı ilə bağlı bunları deyib:
“Suares komandada qalsa, daha bir üzvümüz olacaq. Onunla danışmışam, məsələnin bir çıxış yolunun olub-olmadığını görmək üçün gözləyəcəyik. Müqaviləyə hörmət edirik, ilk gündən ona komandada qalsa, bizə kömək edə biləcəyini dedik”.
Kumanın sözlərinə görə, Koutinyonun azarkeşlərin dəstəyinə ehtiyacı var:
“Koutinyonun əhvalı çox yüksəkdir. Məşqlərdə iştirak edir və yaxşı oynayır. Əla keyfiyyətə sahibdir. Koutinyonun məşqçilərin və azarkeşlərin dəstəyinə ehtiyacı olduğunu unutmamalıyıq”.
Bizi Facebook-da izləyin