
Kuman Ten Haqın qovulması haqda: “Bu, normal deyil”
Niderland millisinin baş məşqçisi Ronald Kuman həmyerlisi Erik ten Haqın “Bayer”dən qovulmasını şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunun çox sürətli qərar olduğunu söyləyib:
“Bu, çox sürətli və radikal qərardır. Bu, normal deyil. Düşünürəm ki, klubun məşqçi ilə bağlı öz fikirləri var. Bu bizim işimizi xüsusi edir. Məşqçi olmaq çətin işdir. Amma mənim vəziyyətimdə, bəli, həyəcanvericidir”.
Leverkuzen klubu Bundesliqada “Hoffenhaym”la (1:2) və “Verder”lə (3:3) oyunlardan sonra Ten Haqı qovub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



