Kuman onu milliyə çağırmadı – Səudiyyə Ərəbistanına getdiyi üçün
Niderland yığmasının baş məşqçisi Ronald Kuman karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək qərarına gələn yarımmüdafiəçi Stiven Berqveyni milli komandaya çağırmayacağını bildirib.
Komanda.az xəbər verir ki, niderlandlı çalışdırıcı mətbuat konfransında 26 yaşında əsas iddianın pul deyil, idman olmalı olduğunu söyləyib:
“Fəsil əslində onun üçün bağlıdır. Bu barədə nə düşündüyümü bilir. 26 yaşında əsas iddian pul deyil, idman olmalıdır. Futbolçular seçim edirlər.
O, “Ayaks”da qala bilərdi və bu, o qədər də pis olmazdı, elə deyilmi? Oyunçuların seçiminə hörmətlə yanaşmalısan, amma şəxsən mən belə seçim etməzdim”.
Daha əvvəl Berqveynin “Ayaks”dan “Əl-İttihad”a keçdiyi məlum olub. Onun transfer məbləği 21 milyon avrodan çox qiymətləndirilir.
Berqveyn Niderland millisinin heyətində keçirdiyi 35 oyunda 8 qol vurub.
Bizi Facebook-da izləyin