Kuman narazıdır
Niderland millisinin baş məşqçisi Ronald Kuman AÇ-2024-ün seçmə mərhələsinin ikinci turunun Cəbəllütariqlə matçından sonra (3:0) açıqlama verib.
Komanda.az NOS-a istinadən xəbər verir ki, o, narazı olduğu məqamları diqqətə çatdırıb:
“Daha çox qol vurmalı idik. Bəzi məqamlarda həddindən artıq diqqətimiz yayındı. Müntəzəm olaraq qol epizodları yarada bilmirdik.
Fransaya acı məğlubiyyətdən sonra durumu yaxşılaşdırmaq vacib idi. Lakin bu gün kifayət qədər yaxşı deyildik. Oyunumuzu təkmilləşdirməliyik”.
Niderland millisi hazırda B qrupunda 3 xalla üçüncü, Cəbəllütariq isə 0 xalla sonuncudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin