
Kuman: “Matçın sonunda qol buraxmaq xoş deyil”
Niderland millisinin baş məşqçisi Ronald Kuman UEFA Millətlər Liqasının 1/4 finalında İspaniya yığması ilə ilk oyundan (2:2) sonra danışıb.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı matçın sonunda qol buraxmağın xoş olmadığını bildirib:
“Matçın sonunda qol buraxmaq xoş deyil. Mən buna layiq olduğumuzu düşünmürəm. Amma aydındır ki, 10 nəfərlə oynayanda həmişə çətin olur. Komanda yaxşı oynadı və mübarizə apardı. Bu cütün nəticəsi ilə bağlı qərarı vermişik. Biz daha da güclü olmalıyıq”.
Komandalar arasında cavab matçı martın 23-də İspaniyada keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin