Kuman: “Bəzi oyunçular öz vəzifələrini yerinə yetirmirlər”

Niderland millisinin baş məşqçisi Ronald Kuman Polşa yığması ilə keçirilən 1:1 hesablı oyundan sonra açıqlama verib.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı daha səbrli oynamalı olduqlarını bildirib:

“Daha səbrli oynamaq və bəzi vəziyyətlərdə müdafiəni yaxşı qurmaq lazımdır. Polşa millisinin çox imkanları olmadığını düşünürəm, amma rəqib iki açıq qol şansı yaratdı, bizdə isə belə olmadı. Bəzi oyunçular öz vəzifələrini yerinə yetirmirlər. Beş müdafiəçi iki hücumçunun təhlükəli zonalarda boş qalmasına icazə verməməlidir. Bu, qəbuledilməzdir”.

Niderland yığması DÇ-2026-ya bir tur qalmış demək olar ki, birbaşa vəsiqəni təmin edib. Polşa millisi 3 xal geridədir, ancaq niderlandlıların top fərqində ciddi üstünlüyü var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button