Kuman həyat yoldaşı haqda: “Məndən qurtula biləcəyini düşünmürəm!”

Niderland millisinin baş məşqçisi Ronald Kuman Avropa çempionatından sonra komanda ilə işini davam etdirmək niyyətində olub-olmaması haqda sualı cavablandırıb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı həmçinin, həyat yoldaşının səhhətinin yaxşı olduğunu bildirib:

“Bəli. Onun məndən qurtula biləcəyini düşünmürəm! Həyat yoldaşımın səhhəti yaxşıdır. O, müalicə alır, lakin bu, məşqçi olmağı dayandırmaq üçün səbəb deyil”.

Kuman həyat yoldaşının səhhətindəki problemlərə görə Niderland yığmasından ayrıla biləcəyi ilə bağlı məlumatları təkzib edib.

Kumanın milli komanda ilə müqaviləsi 2026-cı il dünya çempionatının sonuna qədərdir. Onun yetirmələri iyulun 10-da Avropa çempionatının yarımfinalında İngiltərə millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button