
Kulibalidən “Əl-Hilal”la yeni müqavilə
Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu müdafiəçisi Xalidu Kulibali ilə müqaviləsinin müddətini uzadıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər əməkdaşlığın 2027-ci ilin ortalarına qədər davam etdirilməsi barədə razılığa gəliblər.
Seneqallı müdafiəçi 2023-cü ilin yayında “Çelsi”dən “Əl-Hilal”a transfer olunmuşdu. O, bundan əvvəl “Napoli” və “Mets” kimi klubların da formasını geyinib.
34 yaşlı futbolçu cari mövsümdə Ər-Riyad təmsilçisinin heyətində bütün turnirlərdə 12 oyunda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



