Kulibali Premyer Liqa klubu ilə anlaşıb

“Çelsi” “Napoli”nin müdafiəçisi Xalidu Kulibali ilə 2027-ci ilə qədər nəzərdə tutulan şəxsi müqaviləni və şərtləri razılaşdırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı seneqallı futbolçu London klubunda ildə 10 milyon avro qazanacaq. “Çelsi”nin “Napoli”yə son təklifi 38 milyon avro və bonuslardır. Transfer yaxın günlərdə açıqlanacaq.

Kulibali ötən mövsüm “Napoli”nin heyətində 34 oyunda 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button