Tuxel yeni transferin ünvanına tərif yağdırdı
“Çelsi”nin baş məşqçisi Tomas Tuxel klubun yeni müdafiəçisi Xalidu Kulibalinin keçidi haqda danışıb.
Komanda.az “Football London”-a istinadən xəbər verir ki, alman məşqçi, Kulibalinin tezliklə səviyyəsini göstərəcəyini deyib:
“Kulibali komandaya təcrübə, keyfiyyət, üstünlük, inkişaf – müdafiədə bizə lazım olan hər şeyi gətirəcək. Bu, bizim üçün növbəti parlaq keçiddir və ümid edirik ki, o, tezliklə öz səviyyəsini göstərə biləcək. İndi komanda ilə məşq edir və biz çox xoşbəxtik. O, bəzi oyunçularımızı tanıyır. Milli komandada Eduard Mendi ilə oynayır və “Napoli”də birlikdə oynadığı Jorjinyonu tanıyır. Ona görə də, düşünürəm ki, tez uyğunlaşacaq və xoş qarşılanacaq. Bizim yaxşı komandamız var. Hər kəs Kulibalinin bizimlə olmasına sevinir”.
“Çelsi” iyulun 16-da Kulibalini heyətinə qatdığını açıqlayıb. 31 yaşlı seneqallı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin