
Kukurella ingilis oyunçuların “Real” və “Barselona”nı arzulamasına təəccüblənib
“Çelsi”nin və İspaniya millisinin müdafiəçisi Mark Kukurella “Real” və “Barselona”nın populyarlığı ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“İngiltərəyə, ilk komandam “Brayton”a gəldiyim zaman ingilis futbolçuların “Arsenal” və ya “Çelsi”də deyil, “Real” və ya “Barselona”da oynamaq istəməsinə təəccübləndim. Məhz o zaman mən “Real” və “Barselona”nın bütün dünyada cazibədarlığını anladım.
Premyer Liqa klublarının maliyyə imkanları olmaya bilər və bəlkə də, böyük müqavilələr bağlaya bilməzlər. Lakin onların tarixi və reputasiyası onlara çoxlu yaxşı oyunçularla müqavilə bağlamağa imkan verir”.
Kukurella futbolda ilk addımlarını “Espanyol” və “Barselona” ilə atıb. Onun “Barsa”nın əsas heyətində cəmi bir oyunu var. 27 yaşlı futbolçu daha sonra “Eybar” və “Xetafe”də oynayıb. O, üç il əvvəl isə “Çelsi”nin heyətinə qoşulub.
Bizi Facebook-da izləyin



