Arauxo: “Küçədəki insanlar mənə “qal, qal” deyirdilər”

“Barselona”nın və Uruqvay millisinin müdafiəçisi Ronald Arauxo klubu ilə müqaviləsini uzatdıqdan sonra emosiyalarını bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu həmişə sevgi hiss etdiyini bildirib:

“Bütün bu illər üçün çox minnətdaram, həmişə sevgi hiss etmişəm. Küçədəki insanlar mənə “qal, qal” deyirdilər və bu, heyrətamiz idi. Stadionda uruqvaylılar qışqıranda yoluxucu olur. Mən xoşbəxtəm, çünki bu, işin yaxşı getdiyi anlamına gəlir və ümid edirəm ki, qarşıda çoxlu sevincli anlar olacaq”.

Arauxo 2018-ci ilin avqustundan “Barselona”da çıxış edir. Kataloniyalılar onun transferi üçün Uruqvayın “Boston Rivera” klubuna 4,7 milyon avro ödəyib.

25 yaşlı oyunçunun daha əvvəl “Barselona”dan ayrılmaq istədiyi bildirilirdi. Onunla “Yuventus” maraqlanırdı. Kataloniyalıların baş məşqçisi Hans-Diter Flikin onu qalmağa razı saldığı deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button