Kubokun püşkatma tarixi açıqlandı

Azərbaycan Kubokunun 2024/25-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək.

Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, mərasim “Alov Qüllələri” kompleksinin “Fairmont” hotelinin “Nizami Gəncəvi” zalında baş tutacaq.

Sentyabrın 30-da təşkil ediləcək tədbir saat 15:00-da başlanacaq.

Azərbaycan Kubokunun 2024/25 mövsümündə Premyer Liqa, 1-ci Liqa və 2-ci Liqanın bütün klubları iştirak edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button