“Kuboku “Sumqayıt”ın qazanmasını arzu edirəm” – Samir Abasov

“Zirə”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 3:3 hesabıyla bitən görüşdən sonra bunları söyləyib:

  • Nəsə demək çox çətindi. Oynayan bir komanda idi, finala çıxan başqa komanda. Futbolçularım hər şeyi yaxşı etdi. Həddindən artıq istəkli idik. Ancaq buraxdığımız 1-ci qol bizi bir az ruhdan saldı. İkinci hissə yaxşı oynadıq. Bəlkə də, vaxt çatmadı 4-cünü vuraq. Bu cür oynasaq, bəzi dəyişikliklər olsa, yaxşı komandamız var. Bu mövsümü uğursuz saya bilərik. Futbolçulara da nəsə deməyə haqqım çatmır. Nə bacarırdılarsa, etdilər. Gələcəyə ümidlə baxırıq.
  • Sizin uduzduğunuz komanda, adətən finalda kuboku qazanır. Sizcə, bu mövsüm də “Sumqayıt” finalı qazana bilərmi?
  • Bundan sonra “Sumqayıt”ı dəstəkləyirəm. Arzum odu ki, kuboku onlar qazansın.
  • Ötən mövsüm legioner azlığından şikayətçi idiz. Ancaq bu mövsüm əlinizdə çoxlu legioneriniz ola-ola bir uğur qazana bilmədiz…
  • Mən “Zirə”yə gələndə komanda birinci yerdə deyildi. Komanda yaratmaq üçün vaxt lazımdı. Mən götürdüyüm legionerlər yanvarda bizə qoşuldu. Onlar özlərinə gəlincə vaxt getdi. Komandadan, durumumuzdan razıyam. “Sumqayıt”dan fərqli şəraitdəyəm.
  • Razı olardızmı ki, əvvəlki 3 qələbəni verib, bu gün qalib gələrdiz?
  • O cür istəklə qapında qol görürsənsə, deməli bu gün qismətimiz deyildi.
  • Bilal Həmdi və Pərdisi oyuna sonradan daxil etdiz…
  • Bilalın zədəsi var idi. Əsas heyətdə buraxsaydım, risk almış olardım. Meydana yarımcan çıxmışdı. Hesab məcbur etməsəydi, Bilal bəlkə də, meydana daxil olmazdı.
  • Səfər qolunun ləğv olunmasının tərəfdarısızmı?
  • Kaş, bu oyundan əvvəl ləğv edərdilər.
  • Şans verilsə, komandada dəyişikliklər olacaqmı?
  • Əlbəttə, gedənlər də, gələnlər də olacaq. Ancaq əvvəlcə rəhbərliklə oturub danışırıq, sonra qərarlar veririk.
  • İsmayıl Fofananı milliyə namizəd görmüşdüz. Ancaq bu gün onu tez əvəz etdiz. Milli bu qədərmi zəifdi?
  • Bu, zarafat idi. Jurnalistlərlə zarafat etməyi xoşlayıram. Fofana da pis futbolçu deyil.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button