“Kuboklar qazanmaq istəyirsizsə…” – Konte

“Tottenhem”in baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının 27-ci turunun “Nottingem Forest”lə matçını (3:1) dəyərləndirib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, ehtiyat oyunçular skamyası barədə danışıb:

“Rotasiyanın vacibliyini dərk etməyən insanları anlamıram. Ehtiyat oyunçular skamyasında yaxşı futbolçular varsa, dəyişiklik edə bilərsiz. Kuboklar qazanmaq istəyirsizsə, təxminən 16, 17, 18 oyunçuya güvənməlisiz. Futbolçular oynamaq istədiklərini deyəndə oynamalıdırlar. Yorulurlarsa, oynamırlar”.

“Tottenhem” hazırda İngiltərə çempionatının turnir cədvəlində 48 xalla dördüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button