“Kubokda qazandığımız qələbə göstərdi ki, biz hələ də “Mançester Siti”yə yaxınıq”
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen İngiltərə Premyer Liqasında qarşıdan gələn yeni mövsüm haqda danışıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, danimarkalı futbolçu yeni mövsümdə daha yaxşı çıxış etməli olduqlarını bildirib:
“Keçən mövsüm yaxşılardan çox, pis matçlar oldu, ona görə də, bütün diqqət uğursuzluqlarımıza yönəldi. İngiltərə kubokunda qazandığımız qələbə onu göstərdi ki, biz hələ də “Mançester Siti”yə yaxınıq. Bizə yalnız nəticələrdə ardıcıllıq lazımdır. Yeni mövsümdə daha yaxşı çıxış etməliyik”.
Erik ten Haqın yetirmələri İngiltərə Premyer Liqasının 2023/24 mövsümündə uğursuz çıxış edərək, turnir cədvəlini 8-ci pillədə başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin