Kubokda 195 iddialı

Azərbaycan kubokunda mübarizəni davam etdirən “Qəbələ” koronavirus pandemiyası ilə bağlı fasilə başa çatdıqdan sonra yarımfinal sınağına çıxacaq.

Komanda.az xəbər verir ki, bu turnirdə 15-ci mövsümünü keçirən “qırmızı-qaralar”ın 195 üzvü kubok qazanmaq iddiası ilə meydana çıxıb. Onlar arasında mütləq rekord Ürfan Abbasova məxsusdur. O, 28 kubok matçının iştirakçısıdır. Vojislav Stankoviç də 20-dən çox oyun keçirməyi bacarıb. Onun aktivində 21 görüş var. İlk “üçlüy”ü Cavid Hüseynov qapayır – 19 oyun.

“Qəbələ”nin heyətində ən çox kubok matçı keçirən futbolçular:

1. Ürfan Abbasov – 28

2. Vojislav Stankoviç – 21

3. Cavid Hüseynov – 19

4-5. Elvin Camalov – 18

 Samir Zərgərov – 18

6. Dmitri Bezotosnı – 17

7. Asif Məmmədov – 16

8. Dodo – 15

9. Azər Həşimov – 14

10-11. Viktor Mendi – 13

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button