Tevesin DÇ-2022-dəki əsas favoriti
Argentina millisinin sabiq hücumçusu Karlos Teves bu il Qətərdə keçiriləcək dünya çempionatındakı favoritlərini açıqlayıb.
Komanda.az “TyC Sport”-a istinadən xəbər verir ki, Teves, əsas namizədinin Argentina millisi olduğunu deyib:
“Mənim üçün kuboka əsas iddiaçı Argentinadır. Milli komandadan hamımız razıyıq. Bu uşaqlar hamımızı həyəcanlandırdı. Komandamızın qrupu isə heç vaxt olmadığı kimi çox balanslıdır. İstənilən matçda Argentina millisi öz oyununu diqtə edə biləcək.
Amma Braziliya millisi də var. Neymarın liderlik etdiyi bu komandanın da şansları yüksəkdir. Fransa komandasının isə zədəliləri olsa da, çox güclüdür. Böyük turnirlərdə həmişə favoritlər sırasında olan İspaniyanı da unutmayaq”.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin