Kubok: Regekampf və Baxşıyev karyeralarında ilk yaşaya bilər
Azərbaycan kubokunun finalında üz-üzə gələcək “Neftçi” və “Qəbələ”nin baş məşqçiləri Laurentsiu Regekampfla Elmar Baxşıyev ümumilikdə ikinci, baş məşqçi kimi isə birinci dəfə ölkə kubokunu qazana bilərlər.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, onlar yalnız futbolçu kimi bu uğura yiyələniblər.
Rumıniyalı vətənində “Styaua”da forma geyindiyi vaxt ölkə kubokunun sahibi olub. O, 1996/1997 mövsümündə titul əldə edib.
Baxşıyevin kubok qazanması bundan 11 il sonra qeydə alınıb. O, “Xəzər Lənkəran”da uğura sevinib.
Regekampf superkubok və Liqa kuboku da qazanmağı bacarıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin