
Kubok: “Neftçi” 21-ci, “Qarabağ” 20-ci dəfə yarımfinala yüksəlib
Azərbaycan kubokunun 1/4 finalında “Kəpəz”i mübarizədən kənarlaşdıran “Neftçi” tarixində 21-ci dəfə yarımfinala yüksəlib.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, turnirin tarixində mütləq rekorddur.
“Ağ-qaralar” həm də ardıcıl 4-cü dəfə finalın bir addımlığında olacaq.
Yarımfinalda iştirak sayında 2-ci olan “Qarabağ” 20-ci dəfə bu mərhələyə yüksəlib. Ağdam klubu yubiley uğurunu “Səbail”i keçməklə gerçəkləşdirib. Bölgə təmsilçisi ardıcıl ikinci dəfə yarımfinalda oynayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin