“Kubok matçlarından da yaxşı nəticə ilə ayrılmaq istəyirik”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 30-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:

“Oyunun ağır keçəcəyini bilirdik. Rəqibin heyətində yaxşı futbolçular var. Komanda şəklində futbolçularım meydançada istədiyimi verməyə çalışırdılar.

Ümumi götürdükdə, çempionatda zəif və ya güclü anlayışı yoxdur. Bu oyundan sonra kubok matçına hazırlaşmaq əsas məqsədimizdir. Biz qarşımızdakı matçları düşünürük. Həmin matçlardan da yaxşı nəticə ilə ayrılmaq istəyirik”.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button