Kubok matçının yeri yenə dəyişdirildi
Futbol üzrə Ukrayna kubokunun final matçının keçiriləcəyi yer növbəti dəfə dəyişdirilib.
Komanda.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb.
Bildirilir ki, həlledici qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi, Lvovda deyil, Xarkovda baş tutacaq. Buna səbəb koronavirus səbəbiylə Lvovda vəziyyətin yaxşı olmamasıdır.
Daha əvvəl oyunun Ternopildə keçirilməsi nəzərdə tutulsa da, koronavirus səbəbiylə matçın Lvovda oynanılmasına qərar verilmişdi.
Beləliklə, final oyunu iyulun 8-də, Xarkovdakı “Metallist” stadionunda keçiriləcək. Final oyununda “Vorsk”la və “Dinamo” qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin