Kubarsi “Barselona” tarixinin ən yaxşı 11 futbolçusunu seçib

“Barselona”nın müdafiəçisi Pau Kubarsi Kataloniya klubunun bütün zamanların ən yaxşı oyunçularından ibarət ideal heyətini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçunun rəmzi komandasında qapıdakı yeri Viktor Valdes, müdafiədə Ronald Kuman, Karles Puyol və Jerar Pike, yarımmüdafiədə Serxio Buskets, Andres İniesta və Xavi Hernandes, hücumda isə Dieqo Maradona, Lionel Messi, Yohan Kroyf və Ronaldinyo tutur.

Kubarsi 2024-cü ildən “Barselona”da çıxış edir. O, Kataloniya klubunun heyətində bütün turnirlərdə 61 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button